...

Türkiyə Parisdəki terror aktını qınayır

Dünya xəbərləri Materials 7 Yanvar 2015 18:12 (UTC +04:00)
Türkiyə Fransada satirik jurnalın ofisinə hücumu pisləyir.
Türkiyə Parisdəki terror aktını qınayır

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Fransada satirik jurnalın ofisinə hücumu pisləyir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Parisdə "Charlie Hebdo" satirik nəşrinin ofisinə hücumu qınayır.

M.Çavuşoğlu qeyd edib ki, bu hücumu müsəlmanlarla bağlamaq düzgün deyil.

Qeyd edək ki, bu gün Parisdə "Charlie Hebdo" satirik nəşrinin ofisinə hücum nəticəsində ən azı 12 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti