...

"Boko haram" qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqində 100-dən çox insan öldürüb

Dünya xəbərləri Materials 8 Yanvar 2015 21:44 (UTC +04:00)
"Boko haram" radikal silahlı qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Baqa şəhərində ən azı 100 nəfər öldürüblər.
"Boko haram" qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqində 100-dən çox insan öldürüb

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

"Boko haram" radikal silahlı qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Baqa şəhərində ən azı 100 nəfər öldürüblər. Trend TASS agentliyinə istinadən bu barədə cümə axşamı yerli hakimiyyət nümayəndəsi bildirib.

Hücum çərşənbə günü gecə baş verib, Reuters agentliyi xəbər verir.

Yanvarın 4-də "BBC" korporasiyası bildirib ki, bu qruplaşmanın ekstremistləri Baqu şəhərini ələ keçiriblər, həmçinin orada yerləşən hərbi bazanı nəzarətə qötürüblər. Daxil olan məlumatlara görə, "Boko haram" qruplaşmasının yaraqlılarının şəhərə hücumu yerli əhali arasında çoxsaylı insan tələfatı ilə müşayiət olunub, şəhərdə yanğın başlayıb. İnsanlar qayıqlarla qaçaraq, qonşu dövlət olan Çada keçiblər.

Xəbər lenti

Xəbər lenti