...

XİN: Terrorçuların cinayət yoldaşı Suriyaya Türkiyə ərazisindən keçib

Dünya xəbərləri Materials 12 Yanvar 2015 17:30 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi Fransada terrorçuların cinayət yoldaşının Türkiyə ərazisindən Suriyaya keçdiyini təsdiqləyib.
XİN: Terrorçuların cinayət yoldaşı Suriyaya Türkiyə ərazisindən keçib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Xarici İşlər Nazirliyi Fransada terrorçuların cinayət yoldaşının Türkiyə ərazisindən Suriyaya keçdiyini təsdiqləyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, müəyyən olunub ki, Fransanın həftəlik "Charlie Hebdo" satirik jurnalına hücum edənlərin cinayət yoldaşı Hayat Boumedian yanvarın 2-də Türkiyəyə gəlib və yanvarın 8-də Suriya ərazisinə keçib.

Bundan əvvəl Fransa KİV terrorçuların cinayət yoldaşı H.Boumedianın Suriyaya Türkiyə ərazisindən qaçdığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, radikal islamçı dairələrlə əlbir olduqları ehtimal edilən terrorçular yanvarın 7-də Parisdəkli həftəlik "Charlie Hebdo" satirik jurnalına hücum edərək 12 nəfəri güllələyiblər. Yanvarın 9-da isə yəhudilərə məxsus mağazada 20 nəfəri girov götürərək onlardan 4-nü öldürüblər. Terror aktları ilə bağlı Fransada 16 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti