...

Ərdoğan Qərbi müsəlmanlara münasibətdə ikiüzlülükdə günahlandırır

Dünya xəbərləri Materials 13 Yanvar 2015 11:14 (UTC +04:00)
Qərbin ikiüzlülüyü hamıya məlumdur: müsəlmanlar terrorizmə qarşı çıxış etdikdə Qərb ölkələrin məscidlərə hücumlar davam edir.
Ərdoğan Qərbi müsəlmanlara münasibətdə ikiüzlülükdə günahlandırır

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Qərbin ikiüzlülüyü hamıya məlumdur: müsəlmanlar terrorizmə qarşı çıxış etdikdə Qərb ölkələrində məscidlərə hücumlar davam edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Trend çərşənbə axşamı "Milliyet" qəzetinə istinadən xəbər verir.

Dövlət başçısının sözlərinə görə, məscidlərə hücumların arxasında islamofobiya və dini dözümsüzlük dayanır.

Ərdoğan qeyd edib ki, müsəlmanların Qərbdə terrorizmin qurbanlarını dəstəklədikləri kimi, Qərb də məscidlərə hücumlara qarşı çıxış etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti