...

"Facebook" nasazlığın haker hücumu üzündən baş verdiyini inkar edir

Dünya xəbərləri Materials 27 Yanvar 2015 16:30 (UTC +04:00)
“Facebook” sosial şəbəkəsi bu gün işində baş vermiş nasazlığın haker hücumu üzündən deyil, mühəndislərin səhvindən baş verdiyini bəyan edib.
"Facebook" nasazlığın haker hücumu üzündən baş verdiyini inkar edir

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

"Facebook" sosial şəbəkəsi bu gün işində baş vermiş nasazlığın haker hücumu üzündən deyil, mühəndislərin səhvindən baş verdiyini bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Sosial şəbəkənin nümayəndəsi BBC telekanalına deyib: "Nasazlıq kənar müdaxilələr nəticəsində deyil, bizim konfiqurasiya sistemlərimizə təsir edən dəyişiklikləri tətbiq etdiyimizə görə baş verib. Biz problemi həll etmək üçün cəld hərəkət etdik və hər iki servisimiz ("Facebook" və "Instagram") yenidən hamı üçün 100 faiz əlçatandır".

Bundan əvvəl "Malaysia Airlines" aviaşirkətinin saytına müdaxilə etmiş və "İslam Dövləti" terrorçu qruplaşması ilə əlaqəsi olduğu güman edilən "Lizard Squad" qruplaşmasının hakerləri "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də digərlərinin işini pozmağa nail olduqlarını bəyan etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti