...

Əhməd Davudoğlu: Türkiyə Aİ-yə yalvarmayacaq

Dünya xəbərləri Materials 27 Yanvar 2015 15:59 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Türkiyənin güclənməsindən ehtiyat edir və ölkənin Aİ-yə daxil olmasını hər vasitə ilə ləngidir.
Əhməd Davudoğlu: Türkiyə Aİ-yə yalvarmayacaq

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı (Aİ) Türkiyənin güclənməsindən ehtiyat edir və ölkənin Aİ-yə daxil olmasını hər vasitə ilə ləngidir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Əhməd Davudoğlu bəyan edib.

Baş nazir bildirib ki, Aİ istəsə də, istəməsə də Türkiyə Avropanın bir hissəsidir.

Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyə olmadan güclü struktur olmayacaq.

Baş nazir qeyd edib: "Ankara Aİ-yə daxil olmaq üçün yalvarmayacaq, Türkiyənin qüdrəti isə artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti