...

Mişel Obama İslam etiketini pozmaqda günahlandırılır

Dünya xəbərləri Materials 28 Yanvar 2015 16:26 (UTC +04:00)
Ər-Riyada səfəri zamanı Mişel Obamanın davranışı və geyimi ABŞ mətbuatında və Səudiyyə Ərəbistanında sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Mişel Obama İslam etiketini pozmaqda günahlandırılır

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ər-Riyada səfəri zamanı Mişel Obamanın davranışı və geyimi ABŞ mətbuatında və Səudiyyə Ərəbistanında sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Onların fikrincə, ABŞ-ın birinci xanımı bir sıra İslam etiketi qaydalarının pozub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

ABŞ-ın "Politico" nəşri yazır ki, "twitter" istifadəçiləri ABŞ Prezidentinin xanımının Səudiyyə Ərəbistanının Kralı ilə görüşü zamanı baş örtüyündən istifadə etməməsinə mənfi reaksiya veriblər. M.Obamanın kifayət qədər ciddi tərzdə geyinməsinə baxmayaraq, Krallığın sakinləri "twitter"də ərəb dilindən tərcümədə "Mişel Obama nəzakətsizdir", "Mişel Obama başıaçıqdır" kimi bəzi ifadələr işlədiblər.

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanında qadınların ictimai yerlərdə qara rəngdə paltar və baş örtüyü geyinmələri barədə sərt qayda mövcuddur. Bundan əlavə, bəzi istifadəçilər ABŞ Prezidentinin xanımının İndoneziyada məscidi ziyarət etdiyi zaman başını örtdüyünü, amma hansı səbəbdən ər-Riyadda belə etmədiyinə təəccübləndiklərini yazırlar.

Sosial şəbəkələrdə yayılan Barak Obamanın Kral Salmanla görüşünün videoyazısında M.Obamanın başıaçıq olduğu yayğın şəkildə verilir. Buna diqqət yetirən jurnalistlər ehtimal edirlər ki, "Saudi TV" bilərəkdən M.Obamanı aydın göstərməyib. Lakin Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi bunu inkar edib. "ABC News" hesab edir ki, görünür, yayğın versiya "Al Saudiya" televiziya şirkətinin YouTube-da yerləşdirilən və sosial şəbəkələrdə sürətlə yayılan lent yazısının modifikasiyası olub.

B.Obama ilə xanımının Səudiyyə Ərəbistanına səfərini işıqlandıran reportyorlar diqqəti digər etiket qaydasının pozuntusuna yönəldiblər. CNN xəbər verir ki, görüş zamanı birinci xanım və Kral bir-birinin əlini sıxıblar. Telekanal İslamın kişilərin yad qadının əlini sıxmasını ciddi şəkildə qadağan etdiyini önə çəkib.

CNN xatırladır ki, M.Obama 2009-cu ildə Böyük Britaniyaya səfəri zamanı Kraliça II Elizabeti qucaqladığına görə də qalmaqalla üzləşmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti