Azərbaycan, Bakı, 2 fevral /Trend/
"Charlie Hebdo" fasilə vermək qərarına gəlib.
Trend Lenta.ru saytına istinadən məlumat verir ki, 12 nəfərin ölümü ilə nəticələnən terror hücumuna məruz qalmış "Charlie Hebdo" qəzetinin nəşriyyatı fasilə vermək qərarına gəlib.
Fasilə 7 milyon nüsxə ilə dərc edilən əvvəlki buraxılışın tam satışına qədər davam edəcək.
Qeyd edək ki, "Charlie Hebdo" qazetinin tirajı buna qədər 60 min nüsxədən çox olmayıb.