...

Türkiyə Fransaya 40-dan çox vətəndaşı deportasiya edib

Dünya xəbərləri Materials 4 Fevral 2015 16:43 (UTC +04:00)
Türkiyə Fransaya terrorçu təşkilatlarla, o cümlədən “İslam dövləti” qruplaşması ilə əlaqəli olan 40-dan artıq vətəndaşı deportasiya edib.
Türkiyə Fransaya 40-dan çox vətəndaşı deportasiya edib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Fransaya terrorçu təşkilatlarla, o cümlədən "İslam dövləti" qruplaşması ilə əlaqəli olan 40-dan artıq vətəndaşı deportasiya edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Fransadakı səfiri Haqqı Akil bildirib.

Onun sözlərinə görə, deportasiya olunanların bəziləri Türkiyənin regionlarında, eləcə də ölkənin hava limanlarında saxlanılıb.

Səfir qeyd edib ki, hazırda Türkiyə terrorla mübarizə üçün mümkün olan hər şeyi edir.

Bir müddət əvvəl Türkiyə polisinin ölkənin aeroportlarında gücləndirilmiş iş rejiminə keçdiyinə dair məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti