...

İtaliyanın ən varlı vətəndaşı öldü

Dünya xəbərləri Materials 16 Fevral 2015 14:32 (UTC +04:00)
"Nutella" və "Kinder" şirkətlərinin qurucusu Miçele Ferrero fevralın 14-də dünyasını dəyişib.
İtaliyanın ən varlı vətəndaşı öldü

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/

"Nutella" və "Kinder" şirkətlərinin qurucusu Miçele Ferrero fevralın 14-də dünyasını dəyişib. Trend-in bazar ertəsi "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, 89 yaşlı M.Ferrero İtaliyanın ən varlı şəxsi olub.

Monte Karloda vəfat edən M.Ferreronun və ailəsinin sərvəti 23,4 milyard dollar qiymətləndirilir. O, bu sərvətlə dünyanın ən zəngin 30-cu adamı olmuşdu.

"Ferrero Rocher", "Mon Cheri" və Tic Tac" şokoladları da M.Ferreronun markalarına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti