Azərbaycan, Bakı, 6 mart /Trend/
Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinədir.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin Oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab edib.
Məlumata görə, federasiya qərarını yaxın vaxtlarda İdman Nazirliyinə və Olimpiya Komitəsinə açıqlayacaq.
Eyni zamanda, Ermənistanın idman naziri Qabriel Kazaryan bildirib ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər: "Biz Oyunlarda iştirak etməliyik. Bu mənim subyektiv fikrimdir".