Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Tural Turan/
Rusiyalı teleaparıcı, jurnalist Kseniya Sobçak təhdidlər fonunda Rusiyanı tərk edib. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, onun ölkəni tərk etməsi xüsusi xidmət orqanlarının tövsiyyəsi ilə bağlıdır.
Cümə günü Sobçakı dostları və həmkarları "L`Officiel"-in debüt nömrəsinin çıxması münasibətilə və onu yola salmaq üçün toplaşıblar.