...

Yekun təkzib: Putin kameralar qarşısında çıxış etdi (VİDEO)

Dünya xəbərləri Materials 16 Mart 2015 17:40 (UTC +04:00)
Vladimir Putin bu gün jurnalistlərin qarşısında qırğızıstanlı həmkarı Almazbek Atambayevlə görüşüb.
Yekun təkzib: Putin kameralar qarşısında çıxış etdi (VİDEO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Rusiya Prezidenti Vladimir Putin bu gün jurnalistlərin qarşısında qırğızıstanlı həmkarı Almazbek Atambayevlə görüşüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla da V.Putin səhhətindəki problemlər və görünməməsi barədə yayılan şayiələrə cavab verib.

A.Atambayev bildirib ki, V.Putin özünü yaxşı hiss edir: "Elə indicə Vladimir Vladimiroviç məni maşınla gəzdirirdi".

Rusiya lideri isə deyib ki, şayiələrsiz darıxdırıcı olur.

Xatırladaq ki, daha əvvəl bir sıra KİV-lər bildirmişdilər ki, V.Putinin xəstələndiyi ehtimal olunur, çünki bir neçə gündür ictimaiyyətə görünmür. Prezidentin mətbuat katibi Dmitri Peskov V.Putinin xəstəliyi haqqında xəbəri təkzib etmişdi. O, daha sonra bildirmişdi ki, Prezident özünü yaxşı hiss edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti