Azərbaycan, Bakı, 2 aprel /Trend/
Fransalı xilasedicilər ötən həftə qəzaya uğramış "Airbus A320" təyyarəsinin ikinci "qara qutu"sunu aşkar ediblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Marsel şəhərinin prokuroru Bris Roben deyib.
Qeyd edək ki, "Lufthansa"nın törəmə şirkəti olan "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb.
Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.