...

Meksikada narko tunel aşkarlanıb

Dünya xəbərləri Materials 8 Aprel 2015 07:49 (UTC +04:00)

Meksikanın Tixuana şəhərində narkotik vasitələrin daşınması üçün nəzərdə tutulan yeni "tunel" aşkarlanıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Hadisə yerində 9 nəfər saxlanılıb. Tunelin inşası artıq başa çatmaq üzrə imiş, hətta içərisində elektrik enerjisinin olduğu barədə məlumat verilir.

Son zamanlar bu tipli tunellər ABŞ və Meksika arasında sərhəd ərazisində tez-tez aşkarlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti