...

Putinin qondarma "soyqırım" tədbirləri üçün Yerevana gedib-getməyəcəyi hələ də məlum deyil

Dünya xəbərləri Materials 9 Aprel 2015 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Rusiya Prezidenti Vladimir Putinin aprelin 24-də Yerevanda qondarma "erməni soyqırımı" tədbirlərinə qatılması məsələsi hazırda nəzərdən keçirilir. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, həmin gün Türkiyədə Çanaqqala döyüşlərinin ildönümünə həsr olunacaq tədbirdə Rusiya yüksək səviyyədə təmsil olunacaq.

D.Peskov qeyd edib: "Rusiya türkiyəli tərəfdaşlarımızın Çanaqqalada təşkil etdiyi anım tədbirlərində yüksək səviyyədə təmsil olunacaq. Putinin Ermənistana gedib-getməyəcəyi isə əvvəlki kimi nəzərdən keçirilir. Bu barədə müvafiq açıqlama verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti