Hindu məbədində ildırım çaxması nəticəsində iki insan həlak olub, daha dörd nəfər xəsarət alıb. Hadisə Malayziyanın şimal-qərbində yerləşən Pinanq adasında baş verib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
Polisin məlumatına görə, yerli zavodlardan birinin 2 işçisi, güclü tufan və leysandan xilas olmaq üçün, məbədin binasında girməyə qərar verdilər. İldırım çaxmasından sonra iki kişi yerində öldü.
Zərər çəkənlər isə xəstəxanaya çatdırılmışdılar. Onlardan birinin vəziyyəti ağır dəyərləndirilir.