...

Ərdoğan: Ankaranın saxta "erməni soyqırımı"nı tanıması üçün Avropa Parlamentinin səyləri faydasızdır

Dünya xəbərləri Materials 16 Aprel 2015 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nın Ankara tərəfindən tanınması üçün səyləri faydasız olacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilmiş Türkiyə-Qazaxıstan iqtisadi forumunda deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin 1915-ci il hadisələri ilə əlaqədar qərarı Türkiyə üçün qəbuledilməzdir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Ermənistan xalqı ilə problemi yoxdur: "1915-ci il hadisələri zamanı türklər ermənilərdən daha çox əziyyət çəkiblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti