...

Ərdoğan: Ermənilərin bütün iddiaları əsassızdır

Dünya xəbərləri Materials 23 Aprel 2015 23:28 (UTC +04:00)
Ermənilərin qondarma soyqırımla bağlı bütün iddiaları əsassızdır.
Ərdoğan: Ermənilərin bütün iddiaları əsassızdır

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Ermənilərin qondarma soyqırımla bağlı bütün iddiaları əsassızdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.

Ölkə başçısı qeyd edib ki, Türk arxivlərində erməni quldur dəstələrlərinin vəhşiliklərini əks etdirən sənədlər var. Həmçinin qeyd olunub ki, Türkiyə, əvvəlki kimi, 1915-ci il hadisələrin araşdırılması üçün arxivləri açmağa hazırdır.

"Hal-hazırda Türkiyədə 80 min erməni yaşayır, onların 40 mini ölkənin vətəndaşlarıdır. Erməni diasporası sual versin ki, onlardan hansının hüquqları pozulur", - Ərdoğan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti