...

Ukraynanın sabiq prezidentləri ölkələrindəki böhranın səbəblərindən danışdılar

Dünya xəbərləri Materials 29 Aprel 2015 11:35 (UTC +04:00)
Ukrayna hələ də öz inkişafının yollarını axtarır.
Ukraynanın sabiq prezidentləri ölkələrindəki böhranın səbəblərindən danışdılar

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Aygün Bədəlova/

Ukrayna hələ də öz inkişafının yollarını axtarır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçısı, Ukraynanın sabiq prezidenti (1991-94) Leonid Kravçuk Forumdakı çıxışında bildirib.

Sabiq prezident qeyd edib ki, Ukrayna qərb, şərq, mərkəzi və cənub regionlarına bölünür. Onun sözlərinə görə, müxtəlif qüvvələr bu regionlarda fikir ayrılığını qarşıdurmaya çevirirlər.

Kravçuk qeyd edib ki, Ukrayna xarici siyasi fəaliyyəti üçün vahid əsaslar yaratmağa hazırdır və bu əsaslar xalqın maraqlarına tamamilə cavab verə bilər.

Onun fikrincə, Ukrayna özəlləşdirmə və dekommunizasiya məsələlərini həll edə bilməyib.

Sabiq prezident bildirib ki, Ukraynanın hazırki hakimiyyəti Avropaya doğru dəqiq istiqamət müəyyən edib, lakin bu istiqamətdə çalışma və dəstək yoxdur.

Forumda iştirak edən digər sabiq Ukrayna prezidenti Leonid Kuçma isə (1994-2005) bildirib ki, Ukraynaya böhran dövründə dəstək lazımdır, lakin ölkə ilk növbədə özü-özünə yardım etməlidir.

Onun sözlərinə görə, millət strateji inkişaf yolunun doğruluğuna əmin olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti