...

Avropalıları piylənmə epidemiyası təhlükəsi gözləyir

Dünya xəbərləri Materials 6 May 2015 13:44 (UTC +04:00)
2030-cu ilədək Avropa İttifaqının bir sıra ölkələrini piylənmə epidemiyası təhlükəsi gözləyir.
Avropalıları piylənmə epidemiyası təhlükəsi gözləyir

Azərbaycan, Bakı, 6 may /Trend/

2030-cu ilədək Avropa İttifaqının bir sıra ölkələrini piylənmə epidemiyası təhlükəsi gözləyir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.

ÜST-ün məlumatına əsasən, Avropa irimiqyaslı böhranla üzləşəcək: "Piylənmədən daha çox İrlandiya, Yunanıstan, İspaniya, İsveç, Çexiya və Böyük Britaniya sakinləri əziyyət çəkir".

Təşkilatın ötən il üçün olan məlumatına əsasən, yaşı 18 və daha yuxarı olan 1,9 milyarddan çox insanın artıq çəkisi var. Onların 600 milyondan çoxu piylənmədən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti