...

Hindistanda avtobuslar toqquşub: 11 ölü

Dünya xəbərləri Materials 25 May 2015 11:28 (UTC +04:00)
Bu gün Hindistanın şimal-qərbində 2 avtobusun toqquşması nəticəsində 11 nəfər həlak olub.
Hindistanda avtobuslar toqquşub: 11 ölü

Azərbaycan, Bakı, 25 may /Trend/

Bu gün Hindistanın şimal-qərbində 2 avtobusun toqquşması nəticəsində 11 nəfər həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Indian Express qəzeti xəbər verir.

Yol nəqliyyat hadisəsi Nyu-Dehli ilə Mumbayı birləşdirən NH8 yolunda baş verib. Polisin məlumatına əsasən, mini avtobus Talasari şəhərində yerləşən Sahayadri oteli yaxınlığında digər avtobusla toqquşub. 11 nəfər hadisənin qurbanı olub. Aralarında 6 nəfər kişi, 4 nəfər qadın və beş yaşlı uşaq var. Daha 15 nəfər xəsarət alıb.

İlkin məlumatlara əsasən, qəzaya səbəb mini avtobusun sürücüsünün sükan arxasında yatması olub.

Həlak olanların meyitləri Talasari xəstəxanasına çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti