...

Məhkəmə Mursi barəsindəki ölüm hökmünü təsdiqlədi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 İyun 2015 16:03 (UTC +04:00)
Misir cinayət məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursiyə qarşı yekun hökm çıxarıb.
Məhkəmə Mursi barəsindəki ölüm hökmünü təsdiqlədi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Qahirə cinayət məhkəməsi Misirin sabiq Prezidenti Məhəmməd Mursi barəsindəki ölüm hökmünü təsdiq edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, M.Mursi 2011-ci ilin yanvarında həbsxanadan qaçışda ittiham edilirdi.

Misir dövlət televiziyası məhkəmənin qərarını canlı efirdə yayımlayıb.

Qeyd edək ki, Qahirə məhkəməsi mayın 16-da M.Mursiyə qarşı ilkin olaraq ölüm hökmü çıxarmışdı. M.Mursinin məhkəmənin qərarından apelyasiya şikayət vermək hüququ var.

X X X

14:55

Misir cinayət məhkəməsi ölkənin sabiq Prezidenti Məhəmməd Mursi barəsində hökm çıxarıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, məhkəmə onu xarici dövlətin xeyrinə casusluqda təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

Məhkəmədə fasilə elan olunub. Bir müddətdən sonra ikinci iş üzrə hökm veriləcək. İkinci işə əsasən, M.Mursi həbsxanadan qaçmaqda ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti