...

Tbilisidə Riyaziyyat İnstitutunun binası uçub: həlak olanlar var

Dünya xəbərləri Materials 6 İyul 2015 13:26
Tbilisidə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika institutunun binasının bir hissəsi uçub. Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb.
Tbilisidə Riyaziyyat İnstitutunun binası uçub: həlak olanlar var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Tbilisidə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika İnstitutunun binasının bir hissəsi uçub. Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Xilasedicilər bir saat ərzində dağıntılar altında qalan inşaat işçilərini çıxarıblar. Zədələnən işçilər ən yaxın klinikaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən, bina bu yaxınlarda satılmışdı. Onun yerində mehmanxana inşa ediləcəyi planlaşdırılırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti