...

Yerevanda etirazçılar sonadək mübarizə aparacaq

Dünya xəbərləri Materials 7 İyul 2015 13:59
Təqribən 20-yə yaxın etirazçı Yerevanın Azadlıq meydanında qalmağa davam edir.
Yerevanda etirazçılar sonadək mübarizə aparacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Təqribən 20-yə yaxın etirazçı Yerevanın Azadlıq meydanında qalmaqda davam edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, onlar hər axşam nümayiş keçirmək niyyətindədirlər.

Ovi adlı fəallardan biri etiraz əlaməti olaraq dodaqlarının dərisini sapla tikib. O, yeyə bilmir və pis danışır. Fəal tikişləri sökülmək üçün xəstəxanya göndərilib.

Etirazçıların liderlərindən olan David Sanasaryan da aclıq aksiyasını davam etdirir. O, dünən polis tərəfindən saxlanılarkən xəsarət alaraq xəstənaya yerləşdirilmişdi.

Etirazçılar tələbləri uğrunda mübarizəni hansı formada davam etdirmək məqsədilə cümə axşamınadək həmfikirlərinin ideyalarını dəyərləndirəcəklər.

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti