...

Bağdadda bir neçə partlayış baş verdi, ölən və yaralanan var

Dünya xəbərləri Materials 13 İyul 2015 06:04 (UTC +04:00)
İraqın paytaxtı Bağdad şəhərində törədilmiş bir neçə partlayış azı 29 nəfərin ölümünə səbəb olub
Bağdadda bir neçə partlayış baş verdi, ölən və yaralanan var

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İraqın paytaxtı Bağdad şəhərində törədilmiş bir neçə partlayış azı 29 nəfərin ölümünə səbəb olub.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan ikisi avtomobillərə quraşdırılan bombaların işə salınması ilə həyata keçirilib. Daha bir terror aktını isə kamikadze törədib.

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti