...

Türkiyədə özəl hazırlıq kurslarının bağlanması barədə qanun ləğv olundu

Dünya xəbərləri Materials 14 İyul 2015 10:49 (UTC +04:00)
Türkiyənin Konstitusiya məhkəməsi özəl hazırlıq kurslarının bağlanması barədə qanunu ləğv edib.
Türkiyədə özəl hazırlıq kurslarının bağlanması barədə qanun ləğv olundu

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Konstitusiya Məhkəməsi özəl hazırlıq kurslarının bağlanması barədə qanunu ləğv edib.

Trend bu barədə "Milliyet" qəzetinə istinadən məlumat verir.

Qanun layihəsinə əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə özəl hazırlıq kursları bağlanmalı idi.

Xatırladaq ki, bu qanun layihəsi ötən il martın 13-də Türkiyənin sabiq prezidenti Abdulla Gül tərəfindən təsdiq edilib. 2014-cü il fevralın 7-də ölkə parlamentinə təqdim olunan qanun layihəsi martın 1-də təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti