Azərbaycan, Bakı, 18 iyul /Trend/
Fransanın qalmaqallı satirik jurnalı "Charlie Hebdo" daha Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu "The Washington Post"a nəşrin baş redaktoru Loran Surisso deyib.
L.Surisso bildirib ki, jurnalın əməkdaşları peyğəmbərin karikaturalarından özünüifadə azadlığı prinsiplərinin müdafiəsi məqsədilə istifadə edirdilər: "Məqsəd İslam dinini təhqir etmək deyildi".