...

Davudoğlu: Terror aktını törədənin şəxsiyyəti müəyyənləşib

Dünya xəbərləri Materials 21 İyul 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törətmiş intiharçının şəxsiyyəti müəyyənləşib. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, onun adının açıqlanması barədə hələ qərar qəbul edilməyib.

Ə.Davudoğlu qeyd edib ki, terrorçunun adı istintaq 100 faiz əmin olduqdan sonra açıqlanacaq.

Qeyd edək ki, ötən gün baş vermiş terror aktında 31 nəfər ölüb, 100-dən çox şəxs isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti