...

Hindistan lider olduğunu sübut edir: 30 ölü

Dünya xəbərləri Materials 23 İyul 2015 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Hindistanın şimalında sərnişin avtobusunun çaya düşməsi nəticəsində 30 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qəzanın səbəbi hələ məlum deyil.

Hazırda hadisənin baş verdiyi ərazidə güclü leysan yağışları yağdığından yolun bir hissəsi yuyulub.

Qeyd edək ki, yol qəzalarında ölən insanların sayına görə dünya lideri olan Hindistanda ötən il yol-nəqliyyat hadisələri zamanı 141 insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti