Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin 22 şəhərində keçirilmiş antiterror əməliyyatı çərçivəsində 300-dən çox insan saxlanılıb.
Bu barədə Trend Türkiyənin Nazirlər Kabinetinə istinadən məlumat verir.
Saxlanılanların 27-si xarici vətəndaşdır.
Xüsusi əməliyyatın digər detalları barədə məlumat verilmir.