...

Qazaxıstanda ağır yol qəzası: 9 ölü

Dünya xəbərləri Materials 25 İyul 2015 11:17 (UTC +04:00)
Qazaxıstanın Talqar şəhəri yaxınlığında minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 9 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qazaxıstanda ağır yol qəzası: 9 ölü

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Qazaxıstanın Talqar şəhəri yaxınlığında minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yol qəzası bu gün təqribən səhər saat 04:00-da baş verib. Minik avtomobilinin sürücüsü qaydanı pozaraq salonda 9 nəfər sərnişin daşıyıb. Ölənlərin hamısı minik avtomobilinin sərnişinləri və sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti