...

Türkiyədə İŞİD döyüşçüləri həbs edilib

Dünya xəbərləri Materials 27 İyul 2015 11:32 (UTC +04:00)
Ankarada İŞİD terror təşkilatının 15-dən çox döyüşçüsü həbs edilib.
Türkiyədə İŞİD döyüşçüləri həbs edilib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankarada İŞİD terror təşkilatının 15-dən çox döyüşçüsü həbs edilib.

Trend-in "Vatan" qəzetinə istinadən verdiyi məlumata əsasən, həbs edilənlərin hamısı Suriya və İraqda qeyri-qanuni silahlı qruplara, həmçinin İŞİD terror təşkilatına daxildir.

Xatırladaq ki, son günlər Türkiyədə solçu və ultraradikal islamçılara qarşı xüsusi əməliyyatlar aparılır.

Türkiyədə iyulun 24-dən aparılan antiterror əməliyyatları çərçivəsində 300 nəfərdən çox insan həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti