Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin Muş vilayətində 2 körpü partladıb. Bu barədə Trend "Milliyət" qəzetinə istinadən məlumat verir.
Bu örpülər Muş və Diyarbəkir vilayətlərini birləşdirən avtomagistralın əsasını təşkil edib.
Qeyd edək ki, ötən gün PKK terrorçuları Muş vilayətində jandarma rəisinin avtomobilini atəşə tutmuşdular. Jandarma rəisi aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.