...

İstanbulda polis bölməsinə hücum olub: 10 yaralı

Dünya xəbərləri Materials 10 Avqust 2015 10:52 (UTC +04:00)
Bu gecə partlayıcı qurğu quraşdırılmış avtomobil İstanbulun Sultanbəyli rayonunda polis bölməsinin binasının qarşısında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb.
İstanbulda polis bölməsinə hücum olub: 10 yaralı

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bu gecə partlayıcı qurğu quraşdırılmış avtomobil İstanbulun Sultanbəyli rayonunda polis bölməsinin binasının qarşısında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Trend bu barədə "Milliyet" qəzetinə istinadən məlumat verir.

Qeyd olunur ki, polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.

İstanbul Polis İdarəsinin yaydığı xəbərdə bildirilir ki, yaralananlardan biri rəis müavini, iki nəfər polis əməkdaşı, yeddi nəfər isə mülki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti