Azərbaycan, Bakı, 16 avqust /Trend/
Türkiyədə, Muş vilayətinin Varto şəhərində komendant saatı elan edilib. Bu barədə Trend Milliyet qazetinə istinadən xəbər verir.
Yerli vaxtla 08:30-dan etibarən, şəhərdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təhlükəsizlik gücləri və terrorçular arasında yaranan atışma ilə əlaqədar komendant saatı elan edilib.