Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması üçün Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüş keçirəcək. Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı uğursuz cəhdindən sonra D.Bahçeli bildirmişdi ki, AKP milliyətçi hərəkatın şərtlərini qəbul etsə, koalisiya hökumətinin formalaşdırılmasına razılığını verə bilər.
MHP-nin əsas şərti ondan ibarətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümumilikdə ölkənin siyasətinə qarışmasın.