Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Muş vilayətinin Varto şəhərində komendant saatı ləğv edilib. Trend bu barədə "Hurriyet" qəzetinə istinadən məlumat verir.
Xatırladaq ki, Varto şəhərində komendant saatının elan edilməsinə qeyri-qanuni solçu təşkilatların fəallaşması səbəb olub.
Avqustun 16-sı Vartoda komendant saatı elan edildikdən sonra şəhər polisi "İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi" (DHKP-C) terror təşkilatı da daxil olmaqla, solçu təşkilatlara qarşı əməliyyatlar aparıb.