...

Türk lirəsi tarixi minimumda

Dünya xəbərləri Materials 19 Avqust 2015 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Türkiyənin milli valyutası lirənin dollara nisbətdə məzənnəsi tarixi minimumunu yeniləyib. Trend bu barədə "Hürriyyet" qəzetinə istinadən xəbər verir.

Ölkənin Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasının verilməsindən sonra 1 dollar 2,93 lirəyədək yüksəlib.

Bu açıqlamadan sonra isə qeydə alınan 1 dollar 2,90 lirəlik rekord təzələnib.

Avronun məzənnəsi isə 3,21 lirə olub. Hazırda 1 avronun 3,2156 lirə olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti