Azərbaycan, Bakı, 27 avqust /Trend/
Avstriya polisi 50 miqrantın meyidi olan yük maşını aşkarlayıb. Ölüm səbəbi kimi havasızlıqdan boğulma göstərilir. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Avstriyanın "Krone" qəzeti xəbər yayıb.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları 3 nəfər qeyri-qanuni miqrant daşıyıcısını saxlayıb. Onlardan biri avtofurqonda Avstriyanın Bruk-an-der-Lyayte rayonunun sərhəddindən 34 qaçqını daşıdığını etiraf edib.
Yük maşınında havasızlıqdan əziyyət çəkənlərin şikayətinə məhəl qoymayan sürücü Serbiya sərhəddindən Avstriyaya kimi fasiləsiz sürüb.