...

Obamanın böyük qızı “yeni stil ikonu” adlandırıldı (FOTO)

Dünya xəbərləri Materials 28 Avqust 2015 11:03 (UTC +04:00)
ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya Obama yeni stil ikonu adlandırıldı.
Obamanın böyük qızı “yeni stil ikonu” adlandırıldı (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya Obama yeni stil ikonu adlandırıldı. Trend bu barədə "The New York Post" qəzetinə istinadən məlumat verir.

Qəzet 17 yaşlı qızın xarici görünüşünə və qarderobuna məqalə həsr edib. Məqalə müəllifinin sorğu apardığı dəb ekspertləri Maliyanı "dəbli təsir agenti", "zərif" və "gələcək it-girl" (ingiliscə "həmin qız" deməkdir, termin təqlid edilməyə layiq imic nümunəsi deməkdir") adlandırıblar.

Məqalədə bildirilir ki, Maliyanın stili parlaq rəngləri və cəsarətli naxışları sevən anası Mişel Obamanın təsiri altında formalaşıb.

Son vaxtlar gənc qız dəb jurnallarının və feşn-bloggerlərin diqqət mərkəzindədir. Belə ki, ona "Maliya Obama möhtəşəmdir" ("Malia Obama Is Gorgeous") adlı bloq həsr olunub. Bloqda müntəzəm şəkildə Maliyanın müxtəlif geyimlərdə şəkilləri dərc olunur. "Harper's Bazaar" jurnalı, öz növbəsində, Maliyanın uzun boyunu (təqribən 180 santimetr) və cazibədar xarici görünüşünü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti