Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Belarusun hazırki prezidenti Aleksandr Lukaşenko seçicilərin 83,49% səsi yığaraq yenidən respublikanın başçısı seçilib.
Trend-in "Belta" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.
"Bütovlükdə respublika üzrə Aleksandr Lukaşenko 83,49% səs yığıb" - deyə Lidiya Yermoşina bildirib.