...

Tehranda narkotiklərlə mübarizə ilə bağlı toplantı keçirilir

Dünya xəbərləri Materials 26 Oktyabr 2015 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend, müxbir Təmkin Cəfərov/

Tehranda İran, Rusiya, Tacikistan, Pakistan və Əfqanıstanın (Narkotiklərlə mübarizə üzrə Beş Mərkəzi Asiya Alyansı) Narkotiklərlə Mübarizə İdarə rəislərinin iclası keçirilir. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı "iribnews"a istinadən məlumat verir.

İclasda beş ölkəni təmsil edən nümayəndələr arasında narkotik maddələrin əkilməsi, istehsalı və qaçaqmalçılığı sahəsində əməkdaşlığın artırılması yolları müazakirə olunacaq.

Qeyd edək ki, narkotiklərlə mübarizə üzrə Beş Mərkəzi Asiya Alyansının ilk iclası 2010-cu ildə Rusiyada keçirilib. İlk öncə Alyansa Rusiya, Tacikistan, Əfqanıstan və Pakistan üzv olub. İran 2013-cü ildə Alyansın Pakistanda keçirilən iclasında quruma üzv seçilib.

BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin hesabatına əsasən, Əfqanıstan və Pakistan arasındakı sərhəd regionu silah və narkotik vasitələrinin qanunsuz ticarəti, həmçinin qeyri-leqal miqrasiyası üçün dünyada ən böyük zonaların birinə çevrilib. İranın Əfqanıstanla sərhədi 900 kilometrə bərabərdir və bu zonaya təxminən tiryək qaçaqmalçılığının 74 faizi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti