...

Suriyanın Hələb şəhərində humanitar yardım karvanı vurulub (FOTO)

Dünya xəbərləri Materials 26 Noyabr 2015 05:30 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Hələb şəhərində, Türkiyə ilə sərhədin yaxınlığında, humanitar yardım karvanı vurulub. Bu barədə Trend Hurriyet qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, karvan havadan zərbə ilə vurulub.

Anadolu agentliyinin məlumatına görə, nəticədə 7 nəfər ölüb, 10 nəfər yaralanıb. 20 ağır yük avtomobili yanıb.

Suriyanın səhra komandirlərindən biri Zəkəriya Karslının sözlərinə görə, hücum rus hərbi təyyarələri tərəfindən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti