...

İranda mikroavtobus dərəyə aşıb - ölən və yaralananlar var (FOTO)

Dünya xəbərləri Materials 3 Dekabr 2015 10:19 (UTC +04:00)
Ötən gün Kərbəladan geri dönən zəvvarları daşıyan mikroavtobus Tehrandan Amol şəhəri istiqamətində hərəkət edərkən dərəyə aşıb, 7 nəfər ölüb, 7 nəfər yaralanıb, 4 nəfər itgin düşüb.
İranda mikroavtobus dərəyə aşıb - ölən və yaralananlar var (FOTO)

Bakı. Təmkin Cəfərov - Trend:

Ötən gün Kərbəladan geri dönən zəvvarları daşıyan mikroavtobus Tehrandan Amol şəhəri istiqamətində hərəkət edərkən dərəyə aşıb, 7 nəfər ölüb, 7 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi məlumat verib.

Məlumata əsasən, mikroavtobusda 18 sərnişin olub. Hazırda itkin düşmüş şəxslərin tapılması istiqamətində İranın Qırmızı Aypara Cəmiyyəti və Amol şəhər yanğınsöndürmə idarəsinin əməkdaşları Heraz çayı boyunca axtarışlar aparırlar.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti