...

Hindistanda zəlzələ baş verib, 4 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Yanvar 2016 07:44 (UTC +04:00)
Hindistanın Myanma ilə sərhədində 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.
Hindistanda zəlzələ baş verib, 4 nəfər ölüb

Bakı. Trend:

Hindistanın Myanma ilə sərhədində, Manipur ştatında 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Trend-in "The Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, bazar ertəsinin gecə saatlarında baş verən təbii fəlakətin ocağı 55 km dərinlikdə olub.

Zəlzələ nəticəsində bir neçə yaşayış evi, yeni tikilmiş altı mərtəbəli bina və ticarət mərkəzinə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti