...

Almaniya nağd pul əməliyyatlarını məhdudlaşdırmaq istəyir

Dünya xəbərləri Materials 3 Fevral 2016 18:49 (UTC +04:00)
Almaniya hökuməti nağd pul vəsaitləri ilə əməliyyatların məhdudlaşdırılması məsələsinə baxır.
Almaniya nağd pul əməliyyatlarını məhdudlaşdırmaq istəyir

Bakı. Elçin Hüseynov - Trend:

Almaniya hökuməti nağd pul vəsaitləri ilə əməliyyatların məhdudlaşdırılması məsələsinə baxır.

Trend-in məlumatına görə, "Frankfurter Allgemeine Zeitung" qəzeti yazır ki, Almaniya Maliyyə Nazirliyinin təklifinə əsasən, bununla bağlı limit 5 min avro dərəcəsində tətbiq oluna bilər. Qeyd olunan limitdən artıq vəsait banklar vasitəsilə ödəniləcək.

Bu qərarın səbəblərini izah edən qəzet yazır ki, əsas məqsəd beynəlxalq terrorizmlə mübarizədir. Belə ki, cinayətkarların nağd hesablaşmasını izləmək çətindir.

Planı dəstəkləyənlər sırasında Almaniyanın Saar və Şimali Reyn-Vestfaliya torpaqlarının federal hökumətləri də var.

Almaniyanın Sosial Demokratlar Partiyası da bu təşəbbüsün lehinədir. Partiya hesab edir ki, insanların 5 min avrodan yuxarı nağd ödəniş etmək üçün "aydın və qanuni" səbəbləri yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti