Bakı. Elçin Hüseynov - Trend:
Avropa İttifaqı (Aİ) Suriyaya yardım və onun qonşuları tərəfindən münaqişənin təsiri ilə mübarizəyə 2016-cı ildə 3 milyard avrodan çox vəsait ayıracaq. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Londonda kecirilən "Suriyaya və regiona dəstək" konfransında bəyan edib.
D.Tusk qeyd edib ki, Aİ Suriya böhranı ilə mübarizəyə artıq 4 milyard avro xərcləyib: "Və biz indi daha çox vəsait təqdim etməyə hazırıq. Bəyan etməkdən şadam ki, Avropa İttifaqı və üzv ölkələr Suriya, İordaniya, Liviya və Türkiyəyə 3 milyard avrodan çox vəsaiti təqdim edəcək".
ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Birləşmiş Ştatlar Suriya qaçqınlarına yardım məqsədilə 925 milyon dollar ayıracaq: "Bu günə kimi ABŞ Suriya qaçqınlarına və Suriyada yaşayanlara kömək qismində 4,5 milyard dollar ayırıb".