...

Böyük Britaniya əhalisinin 45 %-i ölkənin Avropa İttifaqından çıxmasını istəyir

Dünya xəbərləri Materials 5 Fevral 2016 13:36 (UTC +04:00)
Böyük Britaniya əhalisinin 45 %-i ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsini istəyir.
Böyük Britaniya əhalisinin 45 %-i ölkənin Avropa İttifaqından çıxmasını istəyir

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniya əhalisinin 45 %-i ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsini istəyir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə YouGoy İctimai Fikir Araşdırmalar İnstitunun Britaniyanın Times jurnalının sifarişiylə kecirdiyi sorğunun nəticələrində deyilir.

Sorğuya görə, britaniyalıların 36 %-i Aİ-nı tərk etməyin əleyhinə çıxış edirlər, 19 % isə - bitərəf qalıb.

Böyük Britaniyada Avropa İttifaqında üzvlüyə dair referendum keçiriləcək.

Sorğu Aİ və Böyük Britaniyanın Baş naziri Devid Kemeron arasında razılaşmanın əldə edilməsindən sonra keçirilib. Kemeron Aİ-in reformasiya olunmasını tələb edir və Britaniyanın bu təşkilatdan çixmasının tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti