...

Qazaxıstan Şarm əl-Şeyxə uçuşları bərpa edəcək

Dünya xəbərləri Materials 16 Fevral 2016 12:24 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Qazaxıstan Misirin Şarm əl-Şeyx kurortuna uçuşların bərpası məsələsini nəzərdən kecirir. Trend RİA Novosti-yə xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Avisasiya Komitəsinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, yanvarın 18-22-si Qazaxıstanın hava aviasiya üzrə komissiyası Şarm əl-Şeyx beynəlxalq hava limanının aviasiya təhlükəsizlik sistemində inspeksiya yoxlamaları aparıb. İnspeksiya müsbət nəticələr verib. Hazırda uçuşların bərpası məsələsi nəzərdən kecirilir.

Bundan əvvəl Misirin Aviasiya Nazirliyi bildirib ki, Qazaxıstan martın 19-dan etibarən Şarm əl-Şeyx şəhərinə uçuşları bərpa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti